Obama müsəlman olduğunu etiraf edib?
16 İyun 2010 Çərşənbə 17:00
Obama müsəlman olduğunu etiraf edib? "İsrail Today" maraqlı iddia ilə çıxış edib.
ABŞ prezidenti Barak Obama müsəlmandır. Bu iddia “İsrail Today” qəzeti tərəfindən irəli sürülüb. Qəzet “Obama və İslam gündəmi” adlı məqaləsində Birləşmiş Ştatların dövlət başçısının müsəlman olması barədə məlumatı Misir telekanallarından birində yayımlanan verilişdən əldə etdiyini yazıb.
Belə ki, Misirin “Nil” telekanalında yayımlanan verilişdə Misirin xarici işlər naziri Əhməd Ebul Geit ABŞ prezidenti ilə təkbətək görüşdə Obamanın müsəlman olduğunu etiraf etdiyini bildirib. Misirin XİN rəhbəri Birləşmiş Ştatların dövlət başçısı Barak Obamanın atasının müsəlman olduğunu, bundan başqa Kenyada ögey qardaşlarının müsəlman olduqlarını və özünü də İslama yaxın hiss etdiyini deyib.
Qəzetin məlumatına görə, Obama Misirin xarici işlər naziri ilə apardığı danışıqlarda ərəblərdən səbrli olmalarını da istəyib. ABŞ prezidenti ölkədəki daxili məsələləri həll etdikdən sonra bütün dünyaya İsrailin öhdəsindən necə gəlmək lazım olduğunu göstərəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: