Obama Mübarəkin istefasını dəyərləndirdi
12 Fevral 2011 Şənbə 01:40
“Bu, Misirin demokratiyaya keçidi prosesində yalnız ilk addımdır”
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Misir lideri Hüsnü Mübarək ölkə vətəndaşlarının tələbləri və dəyişikliklərə can atması nəticəsində istefa verib. Birləşmiş Ştatların rəhbəri Misirdə hakimiyyəti ələ alan hərbçiləri komendant saatını ləğv etməyə, ölkəni azad və ədalətli seçkilərə hazırlamağa başlmamağa çağırıb.
Barak Obamanın sözlərinə görə, bu, Misirin demokratiyaya keçidi prosesində yalnız ilk addımdır. ABŞ prezidenti bəyan edib ki, ölkə hələ çoxsaylı çətinliklərdən keçməlidir. Çünki bir çox suallara cavab verilməlidir.
Bununla belə, Barak Obama əmindir ki, Misir xalqı çətinliklərin öhdəsindən dinc yolla, konstruktivliklə, son günlər ərzində nümayiş etdirilən birlik və həmrəylik atmosferində gələcək. “Misiri böyüş dəyişikliklər gözləyir” , - deyə Birləşmiş Ştatlar prezidenti bildirib.
DOSTLARINLA PAYLAŞ: