Obama: Mübarək hakimiyyəti təhvil verməyə başlamalıdır
05 Fevral 2011 Şənbə 02:00
Misir hakimiyyəti üç iri şəhərdə komendant saatının müddətini azaltdı
ABŞ prezidenti Barak Obama Misirin dövlət başçısı Hüsnü Mübarəkdən mümkün qədər tez bir zamanda hakimiyyəti təhvil verməyə başlamağı tələb edib. O, bu bəyanatı Ağ Evdə Kanadanın baş naziri Stiven Harperlə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib. O, Misirdə jurnalistlərə qarşı hücumları pisləyib və bildirib ki, “Misirin gələcəyini bu ölkənin xalqı müəyyənləşdirəcək”.
Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs isə deyib ki, Misir rəhbərliyi azad və ədalətli seçiklərin keçirilməsi üçün hakimiyyətin qanununi şəkildə ötürülməsi üçün birbaşa danışıqlara başlamalıdır. Onun fikrincə, bu addımlar olmadan Misirdə qeyri-sabitlik artır.
Bu arada isə şənbə gününə keçən gecəndən etibarən Misirin paytaxtı Qahirədə, ölkənin ikinci böyük şəhəri İsgəndəriyyədə və Süveyşdə komendant saatının müddəti azaldılıb.
DOSTLARINLA PAYLAŞ: