Obama Liviya müxalifətinə yardımla bağlı fərman imzalayıb
31 Mart 2011 Cümə Axşamı 02:35
Mənbə: “Sənəd müxalifətin silahlandırılmasını da nəzərdə tutur”
ABŞ prezidenti Barak Obama Liviya müxalifətinə ölkə lideri Müammər Qəddafi rejiminin devrilməsi məqsədilə əlavə yardım göstərilməsi barədə gizli fərman imzalayıb. Bu barədə məlumatı “Reuters” agentliyinə Ağ Ev məmurlarından biri verib. Onun sözlərinə görə, fərman hələ iki-üç həftə bundan əvvəd imzalanıb. Sənəd ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xüsusi əməliyyatlara başlaması üçün mühüm rol oynayır. Söhbət ilk növbədə Liviya müxalifətinin silahla təmin edilməsindən gedir. Lakin MKİ və Ağ Evdə fərmanla bağlı hər hansı şərh verməkdən istina ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Vaşinqtondakı Milli Müdafiə Universitetində çıxış edən Barak Obama bəyan etmişdi ki, Birləşmiş Ştatlar Müəmmar Qəddafinin devrilməsi üçün güc tətbiq etməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar