Obama Azərbaycana məktub göndərib
04 İyun 2013 Çərşənbə Axşamı 11:33
ABŞ prezidenti Bakını 20-ci "Xəzər Neft-Qaz" sərgisinin açılışı münasibəti ilə təbrik edib.
Böyük investisiyalar Azərbaycan resurslarına bir neçə il sonra beynəlxalq bazarlara çıxmağa və enerji təchizatını sabitləşdirməyə kömək edəcək ki, bu da Azərbaycana energetika sahəsində müstəqilliyini və iqtisadi inkişafını möhkəmləndirməyə kömək edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 20-ci "Xəzər Neft-Qaz" sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.
Obama təbrik məktubunda bildirib: "Mən, Cənab Prezident Sizə və Azərbaycan Respublikası xalqına ən xoş arzularımı çatdırıram".
DOSTLARINLA PAYLAŞ: