Obama administrasiyası Dağlıq Qarabağ adlı strukturu tanımır
28 Yanvar 2010 Cümə Axşamı 19:50
Bu haqda ABŞ Dövlət departamentinin Azərbaycan tərəfinin notasına cavabında deyilir
ABŞ administrasiyası Dağlıq Qarabağ adlı strukturu tanımır. Bu haqda ABŞ Dövlət departamentinin Azərbaycan tərəfinin notasına cavabında deyilir. Bu barədə Trend News-a məlumat verən Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bildirib ki, Dövlət departamentinin cavabı Azərbaycanın ABŞ-dakı səfirliyinə yanvarın 26-da daxil olub.
Birləşmiş Ştatlar bir daha bəyan edir ki, Vaşinqton ABŞ-ın Dağlıq Qarabağda reallaşdırılan layihələr haqda Azərbaycanın şəffaf və açıq məlumatlandırılmasının tərəfdarıdır.
Xatırladaq ki, dekabrın 17-də Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Konqresin Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım göstərməsi qərarı ilə bağlı Dövlət Departamentinə nota təqdim edib. Dövlət Departamenti notaya yaxın zamanlarda cavab veriləcəyini bildirsə də, Vaşinqtondakı hava şəraiti, daha sonra Milad bayramı və Yeni il tətili ilə əlaqədar notanın cavablandırılması ləngimişdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: