O həddə çatdırdılar ki, özümü öldürmək istədim
03 Fevral 2014 Bazar Ertəsi 15:07
Bütün Bakını ayağa qaldıran qadın ANS PRESS-ə danışdı.
Bakının Nizami rayonu ərazisində özünü yaşadığı mənzilin eyvanından atmaq istəyən qadın ANS PRESS-ə danışıb. ANS PRESS-ə danışan Valentina adlı xanım intihar etmək istəməyinə səbəb olaraq onu insanların bu həddə çatdırdıqlarını bildirib.

“Hər bir insanın həyatında problemlər olur, amma məndə daha çoxdur. İnsanlar, həyat məni məcbur etdi ki, özümü öldürüm. Bezmişəm artıq hər şeydən”, - deyə qadın bildirib.

Xatırladaq ki, bu gün Bakının Nizami rayonu ərazisində yaşlı qadın bütün şəhəri ayağa qaldırıb. Rayon Polis İdarəsi 25-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qadın yaşadığı mənzilin eyvanına çıxaraq özünü atmaq istədiyini bildirib. Rüstəm Rüstəmov küçəsi, 25 saylı binada yaşayan yaşlı qadın evdə tək olub.

Dərhal hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım həkimləri cəlb olunub. Qadının ruhi xəstə olduğu deyilir. Xilasedicilər evin qapısını açaraq qadını sakitləşdirib


DOSTLARINLA PAYLAŞ:

oyunlar