O.Abramyan: "Azərbaycanla müharibə istəmirik..."
03 Sentyabr 2010 Cümə 23:30
Ermənistan parlamentinin spikeri Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb
Ermənistan Azərbaycanla müharibə etmək istəmir, lakin lazım olacağı təqdirdə özünü və Dağlıq Qarabağı müdafiə etməyə hazırdır. Bunu Ermənistan parlamentinin spikeri Ovik Abramyan deyib.
“Müharibə etmək istəmirik. Lakin Azərbaycan zorla bu yola əl atacağı halda, ölkəmizi və Qarabağdakı əhalini müdafiə edəcəyik”,- deyə Ovik Abramyan söyləyib.
O.Abramyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: