Nyu-Yorkda Ermənistanın nümayəndəliyi qarşısında piket keçirilib
27 Fevral 2010 Şənbə 12:20
Tədbir Xocalı soyqrımının növbəti ildönümü ilə əlaqədar təşkil olunub
ABŞ-dakı Azərbaycan və türk icmasının üzvləri Xocalı soyqırımının növbəti ildönümündə Ermənistanın Nyu-Yorkdakı diplomatik nümayəndəliyi qarşısında piket keçiriblər.
Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri Azərbaycan, Türkiyə və ABŞ dövlət bayraqlarını, Xocalı faciəsi qurbanlarını əks etdirən şəkil və plakatları qaldıraraq etiraz aksiyasında bəyanatlar səsləndiriblər.
Assosiasiyanın sədri Əli Nəsibovun sözlərinə görə, onlara Nyu-Yorkdakı Ukrayna cəmiyyətinin nümayəndələri də qoşulub.
Vaşinqtonda toplaşan azərbaycanlılar isə erməni işğalının dayandırılmasına çağıran şüarlar səsləndirməklə, Vaşinqton sakinlərinin diqqətini cəlb etmiş, 1992-ci ilin fevralında erməni və keçmiş SSRİ-nin 366-cı alayının silahlı qüvvələri tərəfindən qətlə yetirilən günahsız xocalılar barədə vərəqələr paylayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: