Nüvə sınağının Azərbaycan zəlzələlərinə dəxli yoxdur
26 May 2009 Çərşənbə Axşamı 12:35
Respublika Seysmoloji Xidmətində bunun Koreyanın Azərbaycandan çox uzaq olması ilə izah edirlər

 

Azərbaycanda dünən baş vermiş zəlzələlərin Şimali Koreyada nüvə sınağı keçirilməsi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə ANS-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

«Bu zəlzələ xarakter etibarı ilə, demək olar ki, zəif təkanlar seriyasına aiddir və bölgə üçün xas olan zəlzələdir. Çünki Azərbaycan özü bütövlükdə götürdükdə seysmoaktiv bölgədir. Bizdə baş verən zəlzələlərlə Koreyada sınaqdan keçirilmiş nüvə partlayışının heç bir əlaqəsi yoxdur. Çünki birincisi, belə götürdükdə Koreya ilə Azərbaycan arasında neçə min kilometrlərlə məsafə var, ikincisi də ki, o, nüvə silahının gücündən asılı olaraq ancaq yaxınlıqda olan ərazidə titrəyiş əmələ gətirir»,- deyə Yetirmişli vurğulayıb.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Şimali Koreyada nüvə sınağı keçirilməsi ilə eyni vaxtda - dünən saat 9.12-də Azərbaycanın Zaqatala və Balakən rayonlarının sərhəddində 3 bal, saat 10.34-də isə Şamaxı şəhərindən 17 kilometr cənub-şərqdə 2,5 bal gücündə zəlzələnin qeydə alınmasını nüvə sınağının təsiri ilə əlaqələndiriblər. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar