Nursultan Nazarbayevin Azərbaycana səfəri başladı
02 Oktyabr 2009 Cümə 11:50
Qazaxıstan dövlət başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan dövlət başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda Prezident Nursultan Nazarbayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar