Nursultan Nazarbayev: Azərbaycan Qafqazdakı əsas tərəfdaşımızdır
20 Oktyabr 2011 Cümə Axşamı 13:52
Qazaxıstan prezidenti Nursultan Nazarbayev iki ölkənin qardaş və dost olduğunu deyib.
"Biz Azərbaycanı Qazaxıstanın Qafqaz regionunda əsas iqtisadi və strateji tərəfdaşı hesab edirik". ANS PRESS-in "inform.kz" saytına istinadla verdiyi məlumata görə, bunu Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Almatıdakı iqamətgahında həmkarı İlham Əliyevlə ikitərəfli danışıqların nəticəsindən danışarkən bildirib.

Dövlət başçısı bildirib ki, Azərbayacan və Qazaxıstan qardaş və dost ölkələrdir.
Nazarbayev qeyd edib ki, Azərbaycan 20 illik müstəqilliyini iqtisadi və siyasi sahədə böyük nailiyyətlərlə qarşılayıb: "Mən hesab edirəm ki, bizim ölkələrimiz müstəqillik dövrünü layiqincə keçiblər. Bu illəri bizim əcdadlarımızın müstəqillik haqqında arzularının reallaşması kimi də qəbul etmək olar".

Azərbaycan prezidenti İlham Əliyev də həmkarını və qazaxıstanlıları müstəqilliklərinin 20 illiyi münasibəti ilə təbrik edib:"Qazaxıstanın uğurları sizin şəhərlərinizin və yeni paytaxt Astananın simasında görünür. Bu qısa vaxt ərzində şəhəri inkişaf etdirməyin bariz nümunəsidir".

Dövlət başçıları bildiriblər ki, iki ölkə arasında ticarət dövriyyəsinin 60 faiz artmasına baxmayaraq, bu onları qane etmir. Onlar bunun tam formada olmalı olduğunu deyiblər: "Buna nəqliyyat, kənd təsərrüfatı və qarşılıqlı ticarət sahələrindəki layihələr imkan verməlidir". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar