Noyabrın 18-də Bakıda mühüm sənəd imzalana bilər
12 Oktyabr 2010 Çərşənbə Axşamı 23:10
Söhbət Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişdən gedir.
Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrinin dövlət başçılarının sammitində imzalana bilər. Bu barədə beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“Biz bu gün çox məhsuldar işlədik. Bu sazişə aid olan bir sıra məsələləri razılaşdırdıq. Lakin hələ də razılaşdırılmamış məqamlar qalıb. Ona görə də hesab edirəm ki, sazişin bütün beş ölkə tərəfindən qəbul olunması üçün daha bir görüş keçirməyimizə ehtiyac var. Biz çalışacağıq ki, sazişi noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammiti üçün hazırlayaq”,- deyə Xələf Xələfov bildirib.
anspress
DOSTLARINLA PAYLAŞ: