Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalanacağı gözlənilir
10 Mart 2010 Çərşənbə 10:35
Azərbaycanda Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalanacağı gözlənilir. Bu barədə APA-ya Prezident yanında Əfv Komissiyasından məlumat daxil olub.
Məlumata görə, artıq əfv komissiyasının iclaslarının başlanması haqda qərar verilib. Yaxın günlərdə komissiyanın ilk iclasının keçirilməsi nəzərdə tutulur. Novruz bayramına kimi komissiyanın bir neçə iclası keçiriləcək və yekun siyahı dövlət başçısına təqdim olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar