Norveçdə qadın polislər hicab taxa biləcəklər
21 Avqust 2010 Şənbə 20:35
Ötən ildən tətbiq olunan qadağanı məhkəmə ləğv etdi.
Norveç Bərabərlik Məhkəməsi polis orqanlarında işləyən müsəlman qadın polislərin baş örtüyü geyinmələrini qadağan edən qərarı ləğv edib. Qəbul edilmiş yeni qərara görə, müsəlman qadın polislər iş vaxtı baş örtüyü geyinə biləcəklər.
Qərarın qəbul edilməsinə səbəb olaraq göstərilib ki, “əsl hədəf, polisin Norveç cəmiyyətinin aynası olmasıdır. Cəmiyyət çoxtərkibli olduğuna görə bunun polis təşkilatında da tətbiq edilməsi lazımdır”.
Qadın polislərin baş örtüyündən istifadə etmələrini qadağan edən qərar keçən il qəbul edilmişdi. Norveç hökuməti keçən il əvvəlcə müsəlman qadın polislərə baş örtüyü barədə sərbəstlik vermiş, ancaq sərt tənqidlər nəticəsində bir həftə sonra qərarı ləğv etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: