Norveç Krallığının vəliəhdi Azərbaycana gələcək
03 İyun 2011 Cümə 11:46
Norveç Krallığının vəliəhdi, əlahəzrət Hookon Azərbaycana səfər edəcək. Norveçin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Hookon Bakıda keçiriləcək ənənəvi neft və qaz sərgisində Norveç nümayəndə heyətinin başçısı kimi iyunun 6-7-də Azərbaycanda səfərdə olacaq.
Vəliəhdi bu səfərdə Norveçin neft və energetika naziri Ola Borten Moe, xarici işlər nazirinin müavini Eespen Eide, eləcə də bir sıra hökumət və biznes nümayəndələri müşayiət edəcək.
Səfər çərçivəsində vəliəhdin və nümayəndə heyətinin digər üzvlərinin prezident İlham Əliyev, Azərbaycan hökumətinin yüksək şəxsləri, biznes və vətəndaş cəmiyyəti ilə danışıqları nəzərdə tutulur. APA
DOSTLARINLA PAYLAŞ: