"Niyyətimiz Liviyanı işğal etmək deyil"
18 Aprel 2011 Bazar Ertəsi 01:43
Britaniylı nazir ölkəsinin quru qoşunlarının Liviyada əməliyyatlarda iştirakını istisna edib
Böyük Britaniya baş naziri Devid Kameron ölkəsinin quru qoşunlarının Liviyada əməliyyatlarda iştirakını istisna edib. Skay Nyus televiziya kanalına müsahibə verən britaniyalı baş nazir “biz artıq bəyan etmişik ki, söhbət Liviyanı işğal etməkdən getmir” deyə bildirib. Kameron həmçinin koalisiyanın Qəddafi qoşunlarının Misurat və Liviyanın digər şəhərlərinə hücumunu dəf etmək üçün üsyançılara hərtərəfli kömək etdiklərini deyib. "Liviyada işğaldan söhbət gedə bilməz, biz oradakı əməliyyatlarda quru qoşunlarından istifadə etməyəcəyik. Biz nə ediriksə, sadəcə qətnamənin həyata keçirmək üçün edirik. Bombalamağımızın məqsədi Qəddafi qoşunlarının tank və artilleriyasını məhv etməkdir. Biz Müvəqqəti Keçid Milli Şurasına yardım edirik, onları qeyri-silah avadanlıqlarla təchiz edirik. Biz onlara gülləkeçirməyən jilet, kommunikasiya avadanlıqları vermişik. Biz bunları mülki vətəndaşların müdafiə olunması üçün edirik"-deyə Kameron bildirib.

NATO aviasiyası isə ötən gün bir neçə sənaye obyektlərinin yerləşdiyi və insanların sıx yaşadığı Liviya paytaxtı Tripolinin Əl-Xira qəsəbəsinə zərbələr endirib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, sözügedən qəsəbə birinci dəfə deyil ki, koalisiyanın hava zərbələrinə məruz qalır. Ölkənin ən böyük üçüncü şəhəri olan Misrata uğrunda döyüşlər isə səngimək bilmir. Üsyançılar öz mövqelərini hələlik əldən verməyib. Müəmmər Qəddafi qoşunlarının kütləvi hücumları nəticəsində son 3 gün ərzində azı 6 nəfər ölüb, 30-dan yuxarı insan yaralanıb. Yaralıların arasında uşaqlar da var. Üsyançıların sözlərinə görə, Qəddafi qoşunları qəsdən şəhərdəki sənaye obyektlərinə zərbələr endiriblər ki, əhali ərzaqsız qalsın. Artıq Qırmızı Xaç komitəsinin nümayəndələri şəhərə gəlib və onlar şəhərdə humanitar vəziyyətin ağır olduğunu bildirir. Hökumət qoşunlarının Əcdəbiyyə hücumu nəticəsində üsyançılar şəhəri tərk etməyə məcbur qalıb. Qeyd edək ki, hökumət qüvvələri Benaqziyə gedən yeganə şəhər olan Əcdəbiyə şəhərini hələ ötən gün ələ keçirməyə çalışsa da, NATO ölkələrinin hərbi hava və hərbi-dəniz qüvvələrinin müdaxiləsindən sonra geri çəkilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar