Nikolas Rurua Azərbaycana səfər edəcək
18 İyun 2011 Şənbə 15:06
Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua Azərbaycana səfər edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsind’n APA-ya verilən məlumata görə, Gürcüstan nazirinin ölkəmizə səfəri 20-21 iyun tarixlərini əhatə edəcək. Səfər çərçivəsində nazir Nikolas Ruruanın ölkə rəhbərliyi, həmçinin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilməsi planlaşdırılır. Görüş zamanı ikitərəfli əməkdaşlıq, mədəni təmasların artırılmasının mümkünlüyü, abidələrin mühafizəsi sahəsində əməkdaşlıq, sərgilərin təşkili kimi və s. məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Həmçinin, Bakıya səfər zamanı nazir Nikolas Ruruanın İçərişəhər Dövlət Qoruğuna baxış keçirməyi, İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Arxeoloji-Etnoqrafik muzey kompleksini ziyarət etməyi planlaşdırılır.
Səfər proqramına həmçinin cənab Əbülfəs Qarayevin yanında KİV-in iştirakı ilə mətbuat konfransının da təşkil olunması daxil edilib. APA
DOSTLARINLA PAYLAŞ: