Nikola Sarkozi Azərbaycanın birinci xanımına məktub göndərib
19 Fevral 2010 Cümə 16:55
Məktub Mehriban Əliyevanın “Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilməsi ilə bağlıdır
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit rütbəsi ilə təltif edilib. Bu münasibətlə Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya ünvanladığı məktubun mətni açıqlanıb:

"Əziz Xanım,
Çox böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən, Sizin, zabit rütbəsində “Şərəf Legionu” ordeni ilə təltif edilməniz haqqında sərəncam imzalamışam.
Öz şəxsi orden fondumdan Sizi təltif etməyi qərara aldığım bu məşhur mükafat ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə olan mükafatdır.
Mən, həmçinin, bu münasibətlə, Fransanın bununla Sizə göstərdiyi layiq olduğunuz şərəfə görə Sizə özümün ən səmimi təbriklərimi ünvanlamaqdan çox şadam.
Əziz Xanım, Sizə böyük hörmət və ehtiramlarım olduğuna əmin ola bilərsiniz".

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Fransa Prezidenti Nikola Sarkoziyə cavab məktubu göndərib. Məktubda “Şərəf Legionu” ordeninin zabit rütbəsi ilə təltifə görə Fransa Respublikasının Prezidenti Nikola Sarkoziyə minnətdarlıq bildirilir, bu təltif ölkələrimiz arasında əlaqələrin inkişafı naminə göstərilən xidmətlərə verilən yüksək qiymət kimi dəyərləndirilir. Mehriban xanım Əliyeva məktubda, həmçinin Azərbaycan-Fransa arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar