Nəticəsiz Kazan görüşü fotolarda
25 İyun 2011 Şənbə 00:28
İyunun 24-ü tarixi günə çevrilmədi.
Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib. İyunun 24-ünün tarixi günə çevriləcəyi gözlənilsə də, bu, baş vermədi. Hələ bir ay əvvəldən bu görüşlə bağlı dünyanın əsas şahmat oyunçuları sayılan Rusiya, Amerika və Fransanın dövlət başçıları hamıya ümid vermişdilər . “Kazandakı görüş həlledici olacaq” deyə dünyanın aparıcı nəşrləri məlumat verməyə başladı. Hətta görüşə bir gün qalmış şəxsən Amerika prezidenti özü hər iki dövlət başçısına zəng etdi. Fransa prezidenti isə müttəfiqi Ermənistana məktub göndərdi . Beləliklə, ümid şarı şişdi, şişdi və nəhayət bir neçə saat əvvəl partladı. Rəsmi açıqlama hamını məyus etdi . Kazan görüşü Dağlıq Qarabağ probleminin nizamlanmasının əsas prinsiplərinə dair razılaşmasız başa çatıb. Görüşünün yekunlarına dair qəbul olunmuş birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru gedən yolda irəliləyişin olduğunu qeyd ediblər.
Beləliklə, Kazan görüşünün heç bir ciddi özəlliyi olmadı və 2008-ci ildən başlayaraq keçirilən sayca doqquzuncu üçtərəfli görüş kimi yadda qalacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: