Nəsimi polisi avtobusda cibgir yaxalayıb
10 Yanvar 2012 Çərşənbə Axşamı 06:47
28 yaşlı şəxs imkanlı adamların ciblərinə girdiyini və bu işi ictimai nəqliyyatlarda həyata keçirdiyini deyib.
Nəsimi rayon polis idarəsinin əməkdaşlarını keçirdiyi əməliyyat tədbirləri nəticəsində 28 yaşlı Qarayev Rasim Rafiq oğlu saxlanılıb. Rasim Qarayev rayon ərazisində əsasən marşurut avtobuslarında cibgirliklə məşğul olduğu üçün tutularaq məsuliyyətə cəlb edilib. Hər gün cibgirlik etmək məqsədi ilə yaşadığı Sumqayıt şəhərindən paytaxta üz tutan Qarayevi polislər iş başında yaxalamağa müvəffəq olublar. Əvvəllər dəfələrlə müxtəlif cinayətlər törətdiyinə görə məhkumluq həyatı yaşayan Rasim Qarayev barəsində artıq Nəsimi rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Qeyd edək ki, Qarayev əsasən pulu olmadığı vaxt Bakıya gəldiyini, imkanlı adamların ciblərinə girdiyini və bu işi ictimai nəqliyyatlarda həyata keçirdiyini deyib.
DOSTLARINLA PAYLAŞ: