Nəqliyyatda yükdaşıma tarifləri ucuzlaşıb
15 Oktyabr 2012 Bazar Ertəsi 16:28
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz azalıb.
Bu ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5 faiz və 0,1 faiz azalıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9 faiz, yerli əlaqə üzrə 7,8 faiz, ixrac üzrə 0,8 faiz, tranzit üzrə 1,7 faiz, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7,0 faiz ucuzlaşıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb. Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,7 faiz və 10,5 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb. Telekommunikasiya sahəsində internet tarifləri 13,0 faiz ucuzlaşıb.
DOSTLARINLA PAYLAŞ: