Neft Akademiyasında baş verən hadisə ilə bağlı anım mərasimi başlayıb
01 May 2009 Cümə 10:50
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dünən baş verən terror hadisəsi ilə bağlı anım mərasimi keçirilir.
APA-nın xəbərinə görə, akademiya binasının qarşısında keçirilən mərasimdə ADNA tələbləri ilə yanaşı, digər ali məktəblərin tələbləri, ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak edir.
Akademiyanın girişində, pilləkənlərdə şamlar yandırılıb, qərənfillər düzülüb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar