Nazirlik partlayışla bağlı məlumat yaydı
08 Sentyabr 2014 Bazar Ertəsi 12:40
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verilən məlumata görə, hazırda yaralılar ciddi həkim nəzarəti altındadırlar.

“Partlayışda 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. Yaralılardan 1 uşaq Neyrocərrahiyyə Xəstəxanasına aparılıb”, – deyə Anar Qədirli bildirib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

Partlayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mrəkəzə yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxıldığı deyilir.
















DOSTLARINLA PAYLAŞ:

oyunlar