Nazirlər Kabinetində müşavirə keçirilib
09 Fevral 2010 Çərşənbə Axşamı 19:15
Nazirlər Kabinetinin müşavirəsində enerji sistemində yaranmış problemin yaranma səbəbləri müzakirə olunub
Bu gün səhər saatlarında Azərbaycanın enerji sistemində yaranmış problemlə əlaqədar olaraq Nazirlər Kabinetində müvafiq strukturların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

A.Əlinin sözlərinə görə, baş nazir Artur Rasizadənin rəhbərliyi altında keçirilən iclasda enerji sistemində problemin yaranma səbəbləri müzakirə olunub. Baş nazir hadisənin baş vermə səbəbinin təcili araşdırılması və az bir vaxtda aradan qaldırılması barədə göstəriş verib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar