Nazir Mövlud Çavuşoğlu yaralı əsgərlərimizə baş çəkdi
12 Avqust 2014 Çərşənbə Axşamı 10:44
Mövlud Çavuşoğlu yaralılara keçmiş olsun diləklərini çatdırıb.
Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu Qəzza və Azərbaycandan olan yaralıları ziyarət edib.

ANS PRESS-in məlumatına görə, Çavuşoğlu Atatürk Təhsil və Araşdırma xəstəxanasında müalicə alan əsgərlərimizlə söhbət edib. Nazir burada yaralılara keçmiş olsun diləklərini çatdıraraq Türkiyənin hər zaman onların yanlarında olduğunu söyləyib.

Ziyarət sonrası açıqlama verən Çavuşoğlu Ermənistanın işğalçı siyasətini tənqid edib: "Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində tez-tez atəşkəs rejimini pozması Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına dünya birliyinin biganə münasibətinin nəticəsidir".

İsrailin Qəzzada törətdiyi cinayətləri tez bir zamanda yekunlaşdırmalı olduğunu deyən Çavuşoğlu sözlərini belə davam edib:

"Qəzzadan gələn yaralı qardaşlarımız Türkiyədə müalicə görməkdən xoşbəxtdirlər. Türkiyənin onlara sahib çıxmasına görə bizdən razıdırlar. Xüsusilə qadın, uşaq ya da ağır yaralıların Türkiyəyə gətirmək üçün hər cür imkanları səfərbər etdik",-deyə Çavuşoğlu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar