Nazim İbrahimov: İranda həbs edilən azərbaycanlı gənclər azadlığa buraxılmalıdırlar
05 İyul 2012 Cümə Axşamı 11:27
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı atdığı hər addıma Dövlət Komitəsinin əhatə etdiyi bütün diaspor təşkilatlarının öz reaksiyası var.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov hesab edir ki, İranda həbs olunan azərbaycanlı gənclər günahsızdırlar.

"Hər bir azərbaycanlının xarici ölkələrdə başına gələn istənilən problem Azərbaycan dövlətini də düşündürür və həmçinin dövlət qrumları bu işlə ciddi məşğul olurlar. Hesab edirəm ki, İranda həbs olunan gənclərimiz günahsızdırlar və tez bir zamanda buraxılmalıdırlar", - Trend-in məlumatına görə, İbrahimov cümə axşamı jurnalistlərə deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı atdığı hər addıma Dövlət Komitəsinin əhatə etdiyi bütün diaspor təşkilatlarının öz reaksiyası var.

"Biz, əlbəttə, heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermərik", - İbrahimov deyib.

Qeyd edək ki, poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar. Onlar casusluqda ittiham edilirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar