Naxçıvanla Ermənistanın təmas xəttində monitorinq keçiriləcək
12 İyun 2010 Şənbə 09:55
Monitorinqin Babək rayonu ərazisində aparılması nəzərdə tutulub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 16-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin kordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar