Naxçıvanda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri görüşəcək
15 Oktyabr 2011 Şənbə 11:45
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri məlumat verib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Naxçıvan Mustar Respublikasına qısamüddətli səfər edəcək. Bu barədə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov 1news-a bildirib.
"Türkiyəli nazir Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti görüşündə iştirak edəcək", deyə səfir bildirib.
Nazirlərin ilk görüşü 2011-ci ilin aprel ayında Cənubi Azərbaycanın Urmiya şəhərində baş tutmuşdu. Bu görüşün nəticələrinə görə birgə bəyanat qəbul edilmişdi. XİN başçılarının görüşünün isə 2011-ci ilin oktyabrında Naxçıvanda keçirilməsi planlaşdırılmışdı.
F. Bağırov həmçinin əlavə edib ki, Naxçıvana Türkiyənin Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, həmçinin ədliyyə, müdafiə, səhiyyə nazirlərinin və Türkiyə Silahlı Qüvvələrinin rəisinin səfələri planlaşdırılıb.
Xatırlatma: Nazirlərin 2011-ci ilin aprel ayında imzaladı bəyannamə doqquz bəndən ibarətdir.
1.Üçtərəfli iqtisadi əməkdaşlığın artırılması üçün müştərək investisiya, müştərək ticari və sənayə planları, enerji, turizm və sair sahələrdə müştərək planların həyata keçirilməsi.
2.Üçtərəfli iqtisadi komitənin yaradılması, gömrükdə rüsumaların azadılması, sərhəd keçidlərin təmiri və yenilənməsi, həmçinin müştərək şirkətlərin yaradılmasının araşdırılması.
3.Üç ölkə konsulluqlarının nümayəndələri vətəndaşları başqa ölkələrə getdikdə, problemlərini həll edilməsi üçün bir komitənin yaradılması.
4.Üç ölkə bir-birinin tarixi mirasını və şəxsiyyətlərinin yubileylərinin keçirilməsi üçün şəraitin yaradılması və birgə mədəni proqramların həyata keçirməsi.
5.Terrorizm və təşkilatlanmış cinayət dəstələrinin narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə, silah qaçaqmalçılıq və qeyri-qanuni immiqrantlarla mübarizə üzrə üç ölkə təhlükəsizlik informasıyalarının mübadiləsi.
6.Üç ölkənin regionun və beynəlxalq sahədə üzv olduğu təşkilatlarda əməkdaşlıqlarının artırılması.
7.Regionda olan kütləvi etirazlarla bağlı xalqa qarşı kobutluğu pislənərək, onların mədəni və ictimai hüquqlarının bərpasının vacibliyi.
8.Üç olkə arasında münasibətlərin və sərhəd zonalarında turizm, nəqliyyat, kommunikasiya və ticarət əlaqələrinin genişləndiriməsi.
9. İran-Türkiyə-Azərbaycan növbəti üçtərəfli görüşü Naxçıvanda 2011-ci ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin dekabr ayında da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında üçtərəfli görüş olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: