Naxçıvanda Azərbaycan, İran və Türkiyə prezidentlərinin görüşü keçiriləcək
01 İyul 2011 Cümə 21:25
Danışıqlarda üçtərəfli məsələlərin, habelə regional problemlərin müzakirə ediləcəyi planlaşdırılır.
Yaxın 2 ay ərzində Naxçıvanda Azərbaycan, İran və Türkiyə prezdentlərinin görüşü keçiriləcək. Danışıqlarda üçtərəfli məsələlərin, habelə regional problemlərin müzakirə ediləcəyi planlaşdırılır.
Bunu Azərbaycanda səfərdə olan İran parlamentinin sədri Əli Laricani Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib. Laricani onu da deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: