Naxçıvan Türkiyə ərazisi kimi göstərilib
30 Sentyabr 2009 Çərşənbə 16:00
Türkiyə məktəblərinə qeyri-adi xəritələr paylanıb
İstanbul şəhər Milli Təhsil İdarəsinin məktəblərə payladığı CD-lərdəki xəritədə Naxçıvan Muxtar Respublikası Türkiyə ərazisi kimi göstərilib. Bundan başqa xəritədə Batum, Kərkük, Mosul, Ərbil şəhərləri də Türkiyənin sərhədləri daxilində qeyd olunub. Bu barədə məlumat Türkiyənin "Milliyyət" qəzetində yer alıb.
Məsələ ilə bağlı Türkiyə Təhsil Nazirliyi araşdırmalara başlayıb. Milli Təhsil müdiri Muammer Ulduz isə hadisədən şoka düşdüyünü bildirib. O, baş vermiş hadisəni böyük bir səhv adlandırıb və təəsüfləndiyini qeyd edib.
Artıq xəritənin internetdən götürüldüyü müəyyən edilib. Maraqlısı isə budur ki, İstanbuldakı bütün milli təhsil müdirləri və məktəb direktorlarına paylanan bu CD-lər və kitabçada yer alan xəritədəki yanlışlığı heç kim görməyib.
DOSTLARINLA PAYLAŞ: