NATO Dağlıq Qarabağ münaqişəsinin həllində rolu nə qədərdi?
20 Noyabr 2010 Şənbə 10:30
NATO-nun baş katibi Anders Foq Rasmussen ANS-in sualını cavablandırıb
NATO-nun baş katibi Anders Foq Rasmussen Portuqaliyanın paytaxtı Lissabinda keçirilən NATO sammitinin birinci gününün yekununa dair keçirdiyi mətbuat konfransında ANS TV-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını da cavablandırıb.
"Mən NATO-nun Qarabağ münaqişəsinin həllində müəyyən rol oynaya biləcəyini hesab etmirəm. Bizim Mərkəzi Asiya ölkələri ilə münasibətimizə gəldikdə isə bizim strateji konsepsiyamız açıq aydın bildirir ki, biz mövcud olan əməkdaşlığımızı təkmilləşdirməyi və yeni əməkdaşlıqları inkişaf etdirmək istəyirik. Bizim Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığımız təkcə burada, Əfqanıstanda kök salmış narkotik əleyhinə mübarizə ilə bitmir. Beləliklə, mən bu əməkdaşlığın inişaf etdirilməsini istəyirəm", deyə Rasmussen qeyd edib.
DOSTLARINLA PAYLAŞ: