NATO-un zərbələri 15 mülki vətəndaşın ölümünə səbəb olub
25 İyun 2011 Şənbə 21:09
"Beynəlxalq Amnistiya" hüquq müdafiə təşkilatı isə Müəmmər Qəddafiyə sadiq ordu tərəfindən qadınların kütləvi zorlanması ilə bağlı dəlil tapa bilməyib.
NATO-un Marsa əl Breqada mülki obyektlərə endirdiyi növbəti aviazərbələri nəticəsində 15 dinc sakinin öldüyü bildirilir. Liviyanın CANA dövlət informasiya agentliyinin yaydığı məlumata görə, NATO təyyarələri şəhərdə bir sıra mülki obyektlərə hücum edib.

Agentliyin məlumatına görə, həmin obyektlər arasında çörək zavodu və restoran da olub. Yerli hökumətin sözləirnə görə, alyansın bu hücumu 15 nəfərin ölümünə, daha 20 nəfərin isə xəsarət almasına səbəb olub. CANA agentiyi həmçinin cümə günü Marsa əl Breqada NATO-un aviazərbələri nəticəsində azı 5 nəfərin öldüyünü bildirir. NATO nümyəndələri deyilənlərlə bağlı hələlik hər hansı şərh verməyib.

Bu arada, “Beynəlxalq Amnistiya” hüquq müdafiə təşkilatının əməkdaşları Liviyada mövcud rejimə etiraz edən əhalini qorxudmaq məqsədilə Liviya lideri Müəmmər Qəddafiyə sadiq ordu tərəfindən qadınların kütləvi zorlanması ilə bağlı hər hansı bir dəlil tapa bilməyib. Bu barədə məlumatı İtaliyanın "Korriere della Sera" qəzetinə istinadən "RİA Novosti" agentliyi yayıb.

Qeyd edək ki, qadınların kütləvi zorlanmasına dair məlumatlar ABŞ Dövlət Deparatmenti və Beynəlxalq Cinayət Məhkəməsinin təmsilçiləri tərəfindən yayılmışdı. Belə ki, aprelin sonunda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays Təhlükəsizlik Şurasının iclasında birbaşa olaraq Qəddafini rejimə qarşı çıxanları qorxudmaq üçün ordu üzvlərinə “Viaqra” cinsi fəallıq oyadıcı preparatanı paylamaq barədə göstəriş verməkdə ittiham etmişdi. Mayın ortalarında isə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno-Okampo isə Qəddafi tərəfdarlarının həbi kazarmalarda qadınları kütləvi şəkildə zorladığını bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar