NATO təyyarələri Liviyadakı hərbi anbarları dağıtdı
09 Aprel 2011 Şənbə 02:41
Müammər Qəddafinin qoşunları isə qiyamçıların dayaq nöqtəsinə hücumları davam etdirirlər
Bu gecə NATO təyyarələri Liviyanın şimal-qərbindəki Zintan şəhəri yaxınlığındakı hərbi anbarlarını bombalayıblar. Bu, Müammər Qəddafinin qoşunları isə qiyamçıların dayaq məntəqəsi sayılan Misrata şəhərinə hücumları ilə eyni vaxta təsadüf edib. Yerli sakinlərin “Reuters” agentliyinə verdyi məlumata görə, bombalanan anbarlar Zintan şəhərindən 15 kilometr cənub-qərbdə yerləşir: “Biz əvvəlcə təyyarə səslərini eşitdik. Sonra 14 partlayış səsi gəldi. Bəzilərimiz öinoklla binaların necə yandığını gördük”.
Müammər Qəddafinin qoşunları isə bir neçə həftədir mühasirədə olan Misrata şəhərinə zərbələri və hücumları davam etdirir. Yerli sakinlərin sözlərin görə, ötən gün hökumət qoşunları ilə qiyamçılar arasındakı toqquşmalarda azı beş nəfər ölüb, on nəfər yaralanıb.
DOSTLARINLA PAYLAŞ: