NATO raketdən müdafiə sistemini təsdiqlədi
20 Noyabr 2010 Şənbə 03:20
Baş katibi Andres Foq Rasmussen bunu tarixi hadisə kimi qiymətləndirib
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən NATO sammitinin ilk günündə “raketdən müdafiə sistemi” haqqında qərar təşkilata üzv ölkələrin liderləri tərəfindən qəbul edildi. Bu, NATO-nun yeni stratejik konsepsiyasının ən əhəmiyyətli elementlərindən biridir. NATO-nun baş katibi Andres Foq Rasmussen bunu tarixi hadisə kimi qiymətləndirib.
Qeyd edək ki, sənəddə 28 üzvü olan hərbi ittifaqın 21-ci əsrdə baş verəcək təhlükələrə qarşı aparacağı mübarizə qeyd edilib. Baş katib Rasmussen 21-ci əsrin təhlükələrini qlobal terrorçuluq, balistk raketlərin çoxalması və kiber-təhlükəsizliyin olmaması kimi sıralayıb.
Liderlər Rusiya ilə əldə olunan “START” müqaviləsinə də dəstək verdi. ABŞ prezidenti Barak Obama isə “START” adlı nüvə silahlarının azaldılmasını nəzərdə tutan müqavilənin Amerikanın milli mənfəətləri baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: