NATO Quranın yandırılması ilə bağlı açıqlama verib
23 Fevral 2012 Cümə Axşamı 09:12
Məsələ ilə bağlı təhqiqata başlanılıb.
NATO-nun Əfqanıstandakı Beynəlxalq Hərbi Qüvvələrinin qərargahı iki gün öncə Müqəddəs Quranın yandırılması ilə bağlı açıqlama verib. Qərargahın sözçüsü almaniyalı briqada generalı Karsten Ceykobson mətbuat konfransı zamanı juranlistlərə verdiyi müsahibəsində bildirib ki, məsələ ilə bağlı ciddi təhqiqat işləri fəaliyyətə başlayıb. Onun sözlərinə görə, insident səhvən baş verib və burada qətiyyən heç bir qərəz olmayıb.

"Məsələ barəsində xəbər tutan kimi dərhal əməliyyatları dayandırdıq və general Əlın əslində nəyin baş verdiyini öyrənmək üçün təhqiqat işlərinə başladı. Aldığımız ilkin məlumata görə, dini materiallar ehtiyatsızlıq ucbatından yandırılmağa verilib. Onu yandırmaq qərarının dinlə heç bir əlaqəsi yoxdur. Bu tamamilə səhvən baş verib" - deyə Ceykobson fikrini ifadə edib.

Ceykobson, eyni zamanda, qeyd edib ki, Beynəlxalq Hərbi Qüvvələrin İslama və Qurana hörməti var. "Əgər əsgərlərimizdən kimsə qaydaları pozubsa, o, mütləq buna görə cavab verəcək" - deyə Ceykobson əlavə edib. Onun sözlərin görə, tədqiqatların nəticəsi gələn çərşənbə gününə kimi məlum olacaq.

Qeyd edək ki, bazar ertəsi Əfqanıstanın Baqram aviabazasında Amerika hərbçiləri Quranın bir neçə nüsxəsini yandırmışdı. İnsidentlə bağlı yaranan gərginlikdə isə etiraz aksiyaları zamanı polislə toqquşmalarda 9 nəfər ölmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar