NATO-nun zərbəsi nəticəsində bütöv bir tank diviziyası sıradan çıxıb
08 Aprel 2011 Cümə 12:18
40-dan çox əsgər ölüb, xeyli yaralı var
ANS Televiziyasının xüsusi müxbiri Vahid Mustafayev Liviyanın Əl-Breqa şəhəri ətrafında gedən döyüşləri izləməkdə davam edir. Vahid Mustafayevin Liviyanın keçmiş daxili işlər naziri, ordu generalı Abdel Fattah Yunisin keçirdiyi mətbuat konfransından verdiyi məlumata görə, NATO qüvvələrinin səhvən bombardman etməsi nəticəsində üsyançıların bütöv bir tank diviziyası sıradan çıxıb, nəticədə 40-dan çox əsgər ölüb, xeyli yaralı var. Vurulan tankların sayı 20-dir. Üsyançıların bu fakta münasibəti isə çox sərtdir.
Onlar ANS-in xüsusi müxbirinə belə deyiblər: "“Əgər bunu NATO qırıcıları edibsə, bu səhvdir. Yox bu addımı Qəddafinin ordusu atıbsa, bu NATO-dan ötrü ikiqat səhvdir. Ona görə ki, uçuşsuz zona əməliyyatına NATO rəhbərlik edir. Qəddafidən üsyançıları havadan məhz NATO qorumalıdır”, - Abdel Fateh belə deyib.
Mətbuat konfransında ANS-in xüsusi müxbirinin “Türkiyəninin baş nazirini sizə silah və sursat verilməsinin əleyhinə olduğu üçün tənqid etdiniz. Ümumiyyətlə, sizdə olan silah və ərzaqla müharibəni nə qədər davam etdirə bilərsiniz?" sualına Abdel Fateh Yunis belə cavab verib:
“Bizim müharibəni sona qədər aparmaq üçün hər şeyimiz kifayət qədər var".
Mətbuat konfransında Abdel Fattah Yunis NATO-nun endirdiyi zərbələr nəticəsində sıradan çıxan tankların əvəzinə texnikanın olduğunu deyib: “Bizim hələ də 40-dan çox saz vəziyyətdə olan tankımız var və savaşı davam etdirmək üçün bu kifayətdir”.
Jurnalistlərin muzdlu döyüşçülər haqqında suallarına cənab Abdel Fattah Yunis belə cavab verib:
“Bəli. Bizdə belələri var. Biz tanklarımıza yeni avandanlıq almışıq və onları işlətmək üçün peşəkarlar dəvət etmişik”
DOSTLARINLA PAYLAŞ: