NATO-nun yüksək səviyyəli rəsmisi Azərbaycana səfər edəcək
14 Yanvar 2011 Cümə 12:45
Səfər yanvar ayının sonuna planlaşdırılıb.
NATO-nun Beynəlxaq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin direktoru, general-mayor Carlos Branko Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 31 yanvar – 4 fevral tarixlərində baş tutacaq.

Məlumata görə, yanvar ayında həmçinin NATO-nun Heydelberqdəki QQ Komponent Komandanlığı ekspertlərinin OCC üzrə məsləhətçi səfəri də nəzərdə tutulub. Səfər 24-28 yanvar tarixlərində reallaşdırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar