NATO-nun Cənubi Qafqazla bağlı real baxışı yoxdur
23 Noyabr 2009 Bazar Ertəsi 20:45
London Strateji Araşdırmalar İnstitutunun eksperti: “Cənubi Qafqaz və Ukraynaya sənədlərdə əksini tapacaq aydın təhlükəsizlik zəmanətlər lazımdır”
Gələcəkdə NATO təhlükəsizlik arxitekturasında Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ukraynanın təhlükəsizlik təminatı yer almalıdır. Bu fikri bu gün Bakıda keçirilən "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə tövhə" adlı konfransda London Strateji Araşdırmalar İnstitutunun baş mütəxəssisi Oksana Antenenko ifadə edib. O hesab edir ki, bu, həmçinin İranın nüvə proqramı ilə bağlı məsələ baxımında əhəmiyyət kəsb edir.

NATO-Rusiya münasibətlərinin hələ də gərgin olduğunun önə çəkən ekspert bu amilin postsovet respublikaları üçün təhlükəliyini vurğulayıb. “Cənubi Qafqaz NATO üçün ekstremal əhəmiyyət daşıyır. Ancaq NATO-nun Cənubi Qafqaz ölkələri ilə bağlı real baxışı yoxdur. Cənubi Qafqaz və Ukraynaya şifahi zəmanətlər deyil, sənədlərdə əksini tapacaq aydın təhlükəsizlik zəmanətlər lazımdır”, - deyə o vurğulayıb.

Bununla belə Antenenko qeyd edib ki, Qərbin kifayət qədər resursu yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar