NATO hərbçiləri Azərbaycana gəlir
20 May 2010 Cümə Axşamı 11:15
Səfərdə məqsəd “Açılmış Birgə Qüvvələr” təlim kursuna hazırlıqdır.
NATO-nun hərbi nümayəndələri mayın 24-də Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfərdə məqsəd NATO-nun “Açılmış Birgə Qüvvələr” təlim kursuna hazırlıq və kursun təşkilinin əlaqələndirilməsindən ibarətdir. Səfər mayın 26-dək davam edəcək.

Azərbaycan hərbçiləri eyni zamanda NATO-nun İtaliyada təşkil olunacaq “Rabitə və informasiya sistemləri üzrə tanışlıq” kurslarına və NATO-nun Transformasiya Komandanlığı Qərargahında xidmət edən Milli Əlaqələndirici nümayəndələr üçün ABŞ-da keçiriləcək görüşə qatılacaqlar.

Məlumata görə, hərbçilərimiz bu ay Azərbaycan-ABŞ iş planı çərçivəsində Rumıniyanın Konstanta şəhərində təşkil olunacaq Hərbi-Mülki Əlaqələr Simpoziumunda da iştirak edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar