NATO Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
19 İyul 2012 Cümə Axşamı 10:30
Digər beynəlxalq təşkilatlar kimi NATO da Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.
Bu fikirləri APA-ya eksklüziv açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay verib.
O bildirib ki, bu cür “seçkilərin” keçirilməsi nizamlanma prosesinə maneçilik törədir: “Belə seçkilərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə ziddiyyət təşkil edir”.
DOSTLARINLA PAYLAŞ: