NATO Beynəlxalq Məktəbində yay sessiyası başlayıb
05 İyul 2010 Bazar Ertəsi 11:15
Azərbaycan NATO Beynəlxalq Məktəbində yay sessiyası başlayıb. APA-nın məlumatına görə, sessiya «Maliyyə təhlükəsizliyi» mövzusuna həsr olunub.
NATO-nun Azərbaycanda təmsilçiliyi həyata keçirən Rumıniyanın Azərbaycandakı səfiri Nikole Ureki bildirib ki, sessiyanı keçirməkdə məqsəd qlobal maliyyə və iqtisadi böhranın təsir və fəsadları kontekstində maliyyə təhlükəsizliyi probleminin aktuallığını nəzərə alaraq, müvafiq mövzü ətrafında müzakirə və fikir mübadiləsinin aparılması, praktiki məşğələlərin keçirilməsindən ibarətdir.

Sessiyada NATO-ya üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələri də iştirak edir.

Sessiya iyulun 10-na kimi davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar