NATO baş katibinin Cənubi Qafqaz üzrə nümayəndəsi təyin edilib
19 Noyabr 2010 Cümə 16:25
Anders Foq Rasmussen Ceyms Appaturayın bu vəzifəyə təyinatını təsdiq edib
Ceyms Appaturay NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi təyin edilib. Bu barədə qəbul olunan qərar NATO-nun baş katibi Anders Foq Rasmussen tərəfindən təsdiq edilib.

Dekabrın 1-dən vəzifəsinin icrasına başlayacaq Ceyms Appaturay 7 il ərzində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi postunu tutmuş Robert Simmonsu əvəz edəcək.

Qeyd edək ki, Appaturay əvvəllər NATO baş katibinin mətbuat katibi vəzifəsini tuturdu. Robert Simmons isə bu vəzifəyə təyin olunan ilk şəxs olub. Bu vəzifənin yaradılması barədə qərar 2004-cü ilin iyununda alyansın İstanbulda keçirilən sammitində qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar