NATO baş katibinin Azərbaycana səfəri başlayıb
05 İyul 2012 Cümə Axşamı 10:29
Ceyms Appaturay Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəlib. Onun səfəri iyulun 6-dək davam edəcək. Bu gün o, Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.

APA-nın məlumatına görə, NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar