NATO, Amerika və Avropa Liviya üsyançılarından qorxur
11 Aprel 2011 Bazar Ertəsi 04:05
“Onlar şəhərləri almaq və ölkədə demokratiyanı bərqərar etməkdən çox xırda qarətçilikdə maraqlıdırlar”
“Qəddafinin süqutundan sonra Liviyadakı üsyançıların koalisiya qüvvələri ilə hansı müstəvida danışıqlar aparacağı qeyri-müəyyəndir və bu gün NATO, Amerika və Avropa bu üsyançılardan qorxmağa başlayıb”. Bunu ötən axşam ANS-də “Əhatə Dairəsi”nin qonağı olan, TV-nin Yaxın Şərqdən ezamiyyətdən qayıdan xüsusi müxbiri və “ANS” şirkətlər qrupunun prezidenti Vahid Mustafayev deyib. Cənab Mustafayev üsyançıların daxili qoşun hissələrindən ayrılmış min, iki min nəfərlik nizami ordusu olduğunu, qalan 7-8 min nəfərlik qoşunun içində isə dərəbəylik hökm sürdüyünü deyib.

Bu qeyri-nizami qoşuna bir çox insanın koandirlik etdiyini deyən Vahid Mustafayev onların şəhərləri almaq və ölkədə demokratiyanı bərqərar etməkdən çox xırda qarətçilikdə maraqlı olduqlarını bildirib. Mustafayev bu qoşunların içində bəzi terrorçu qruplaşmaların üzvləri olduğunun da güman edildiyini deyib: “Qəddafinin dediyi kimi onların arasında bəzi terror təşkilatlarının üzvləri var. Qəddafinin süqutundan sonra Liviyadakı üsyançıların koalisiya qüvvələri ilə hansı müstəvida danışıqlar aparacağı qeyri-müəyyəndir və bu gün NATO, Amerika və Avropa bu üsyançılardan qorxmağa başlayıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar