National Geographic səhvə yol verib
05 Avqust 2009 Çərşənbə 19:30
Nəşrin saytında Dağlıq Qarabağ ayrıca dövlət kimi göstərilib

 

Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı daha bir hörmətsizlik bu dəfə məşhur “National Geographic” nəşri tərəfindən edilib. Belə ki, nəşrin saytında Azərbaycana məxsus Dağlıq Qarabağ regionunun inzibati sərhədləri ayrıca dövlət sərhədi kimi göstərilib. ANS PRESS-in “1news.az”a istinadən verdiyi xəbərə görə, eyni zamanda xəritədə Gürcüstan və Moldovanın separatçı regionları - Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgə bu dövlətlərin tərkibində göstərilib.

“National Geographic” nəşrinin bunu səhfən etdiyini də düşünmək olar. Çünki Dağlıq Qarabağ bölgəsi Azərbaycandan ayrı göstərilsə də, onun paytaxtı Stepankert deyil, Xankəndi kimi göstərilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar