NASA-dan Yerlə bağlı təhlükəli xəbərdarlıq
07 İyul 2012 Şənbə 10:39
Günəşdə partlayış planetimizə də təsirsiz ötüşməyəcək.
NASA həyəcan təbili çalıb. Yaxın sutka ərzində Günəşdə güclü partlayış gözlənilir. AR1515 adlı nəhəng Günəş ləkəsində iyulun 2-də plazma atılması olub. Xoşbəxtlikdən plazma atılması Yerə cüzi təsirlə ötüşüb. Ancaq planetimizə şüalanma təsir edib ki, bunun da nəticəsində Avropada radio əlaqə pozulub.

SDO (Solar Dynamics Observatory) aparatınından əldə edilən siqnallara görə, X-sinifinə aid partlayış gözlənilir. Bu partlayışın əvvəlki partlayışlarla müqayisədə on dəfələrlə böyük olacağı gözlənilir. Х-sinif Günəşdəki partlayışların ölçüməsində istifadə edilən şkalada ən yüksək zirvədir.

Partlayışın təsiri planetimizdə 10-11 iyulda tarixlərində hiss ediləcək. Bu zaman bəzi fəsadlarda yarana bilər. Belə ki, partlayış nəticəsində Yerdə transfarmatorlar, kompüter şəbəkəsi və mobil əlaqəyə pozula bilər.

Bundan əlavə NASA-nın SDO laboratoriyası Günəşin üzərində yeni iri ləkə müəyyən edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar