Nalbandyanın toxunmaq istəmədiyi məqamlar
04 Dekabr 2010 Şənbə 00:40
Erməni nazir Astana sammitindən danışarkən prezidentlərinin görüşünün baş tutmamasına toxunmayıb
Rəsmi İrəvan Astana ATƏT-in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən beştərəfli (Azərbaycan, Ermənistan, Rusiya, Fransa, ABŞ) bəyanatda bağlı mövqeyini açıqlayıb. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Armenpress” agentliyinə müsahibəsində deyib ki, sammit bəyanatın qəbulu ilə əlamətdar olub: “Tərəflər təsldiqləyiblər ki, münaqişə dinc yolla, danışıqlar yolu ilə nizamlanmalıdır. Sammitdə iştirak edən ölkələrin demək olar ki hamızı güc tətbiqi və ya güc hədəsinin yolverilməz olduğunu vurğuladıdar. Hesab edirəm ki, bu, Azərbaycan üçün ciddi xəbərarlıq olmalıdır”.

Edvard Nalbandyan iddia edib ki, Azərbaycan həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini rədd edir. Amma erməni nazir Astanada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün baş tutmaması məsələsinə toxunmayıb.

Qeyd edək ki, bu məqamdan danışmaq Ermənistan rəsmilərinə sərf etməsə də, rəsmi Bakı görüşün baş tutmamasının səbəblərini artıq açıqlayıb. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycan prezidenti görüş xatirinə görüşməmək prinsipinə riayət edir: “Azərbaycan prezidenti görüşlə bağlı həmişə belə bir prinsipə riayət etdiyini söyləyir: "O zaman görüşmək lazımdır ki, onun bir nəticəsi, əhəmiyyəti olsun. Görüşə nə ilə isə getmək lazımdır". Söhbət bundan gedir. Orada görüşün keçirilməsinə ehtiyac olmadı. Sadəcə olaraq, görüş zamanı hər hansı bir məsələ ətrafında danışmaq, irəliyə bir addım atmaq, qərara gəlmək lazımdır. Əgər bu gözlənilmirsə, o görüşün olmasına ehtiyac varmı? Görüş xatirinə görüş keçirmək Azərbaycan prezidentinin prinsipinə yaddır”.

Astana sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ümumiyyətlə əvvəldən planlaşdırılmayıb. Prezident Adminstirasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məməmdov bildirib ki, Ermənistan prezidenti görüşün baş tutmamasından narahat görsənirdi. Bu həm Sarkisyanın, həm də onunla bərabər gələn nümayəndə heyətinin hərəkətlərində aydın görünüb: “O, həddindən artıq narahat idi. Görüşün baş tutmaması onun üçün hər hansı mənfi divident idi. O bilir ki, görüş baş tutanda qayıdıb öz ölkəsində təsəlliedici bəyanatlar verəcək. Görüş olmadığı üçün belə cəfəng bəyanatlara əl atırlar. Özlərinə, xalqa təsəlli vermək istəyirdilər. O sanki tikan üstündə oturmuşdu. Narahat idi. Onun atdığı addımlar da çox süni formada görünürdü. Erməninin sifəti də belədir ki, süni bir şey olanda görünür. Bu, xüsusilə də onun üzündə görünürdü”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar