Nalbandyan və Lavrov Qarabağ münaqişəsini müzakirə edəcək
23 Aprel 2013 Çərşənbə Axşamı 10:49
Rusiya Ermənistan xarici işlər nazirini Moskvaya dəvət edib.
Ermənistanda ikinci müddətə xarici işlər naziri seçilən Edvard Nalbandyan Moskvaya səfər edəcək. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvətilə aprelin 25-26-da baş tutacaq.

Görüş zamanı Rusiya-Ermənistan strateji əməkdaşlıq əlaqələrinin gələcək də inkişafı, regional məsələlər və beynəlxalq gündəmdə olanlar ətrafında fikir mübadiləsi aparılacaq.

Nalbandyanın Moskva səfərində RF Federasiya Şurasının rəhbərliyi ilə görüşü planlaşdırılır. O, daha sonra Rusiya XİN-nin Diplomatik Akademisyasının tələbə və müəllim heyəti qarşısında çıxış edəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar