Nalbandyan Türkiyəni ittiham etdi
02 Mart 2010 Çərşənbə Axşamı 13:40
Nalbandyan, bu ölkədə səsləndirilən bəyanatların ikitərəfli münasibətlərin normallaşmasına mane olduğunu bildirib
Türkiyədə səsləndirilən bəyanatlar ikitərəfli münasibətlərin normallaşdırılmasına əngəl törədir. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ispaniyalı həmkarı Migel Anhel Moratinosla İrəvanda keçirilən birgə mətbuat konfransında bildirib.

“Türkiyədə səsləndirilən bəyanatlar erməni-türk münasibətlərinin normallaşdırılması prosesinə zərbə vurur. İlkin şərt məsələsinin gündəmə gəlməsi bu münasibətlərə ziyan gətirəcək”, - deyə Nalbandyan bildirib.

Ermənistanın XİN rəhbəri ümid etdiyini bildirib ki, “Türkiyə özü yaratdığı süni maneələrdən azad olacaq və biz əldə olunan razılaşmalara müvafiq olaraq irəliyə doğru hərəkət etmək imkanı qazanacağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar